CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubadakı bu ailə intiharlar üzrə Azərbaycanın rekordçusu sayıla bilər

Ötən əsrin sonlarından başlayaraq Quliyevlər ailəsinin dörd üzvü müxtəlif üsullarla həyatına son qoyub
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan 

BAKI, 3 sentyabr - Sputnik. Qubanın Nügədi Qazmalar kəndində faciəvi hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Ağakərim Quliyev özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. 

İntiharın ilkin səbəbi kimi A.Quliyevin insulit xəstəliyindən əziyyət çəkməsi və ağrılara dözməyərək intihar etməsi göstərilir. 

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlum olub ki, son 34 ildə bu ailədə 4-cü dəfə intihar hadisəsi baş verib. 

Belə ki, 1986-cı ilə mərhumun qardaşı özünü Samur-Abşeron çayına ataraq intihar edib, 1995-ci ildə isə A.Quliyevin anası Nurcahan Quliyeva özünü yandıraraq öldürüb. Mərhumun digər qardaşı Mirsəməd Quliyev 2017-ci ildə özünü yaşadığı evin tavanından asıb. 

Faktla bağlı CM-nin 125-ci maddəsilə cinayət işi açılıb.