CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başqa ölkələrdə uğursuz olan layihə Bakıda "tutdu": həvəsə gəlib daha çox zibilləyirik

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat rəhbəri İsrafil Kərimov Sputnik Azərbaycan-a bildirib ki, Nərimanov rayonu üçün 3 narıncı rəngdə məişət tullantılarını daşıyan avtomobil ayrılıb
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Prodüser, aparıcı Tarix Əliyev (Tolik) "Instagram" hesabında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı maraqlı iddia ilə çıxış edib.

O bildirib ki, zibillərin çeşidlənməsi üçün paytaxta gətirilən zibil qablarındakı tullantılar digər zibillərlə eyni maşına boşaldılır.

Tolik BŞİH-in bu məqsədlə büdcədən aldığı maliyyə vəsaitinin boş yerə xərcləndiyinə diqqət çəkib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat rəhbəri İsrafil Kərimov Sputnik Azərbaycan-a bildirib ki, Nərimanov rayonu üçün 3 narıncı rəngdə məişət tullantılarını daşıyan avtomobil ayrılıb. Rayon ərazisində olan narıncı qutulardan yığılan tullantılar həmin zavodlara göndərilir, yəni prodüserin iddiaları əsassızdır.

Başqa ölkələrdə uğursuz olan layihə Bakıda "tutdu": həvəsə gəlib daha çox zibilləyirik

"Bizim pilot layihə iyul ayının 10-dan start götürüb. Bizim layihəmiz başlayanda təkrar emala gedən məişət tullantıları günə 6 ton idisə, indi bu, 22 tona çatıb. Sentyabr ayı başlayıb, artıq istirahətdə olan insanlar da şəhərə qayıdırlar. Biz də təkrar emala gedən tullantıların artacağını düşünürük", - deyə o bildirib.

Kərimov qeyd edib ki, Nərimanov rayonu ərazisində yaradılan çeşidləmə məntəqəsinə digər rayonların da tullantıları yönləndirilir.

Mətbuat rəhbərinin sözlərinə görə, yaxın günlərdə başqa rayonlarda da bu layihənin həyata keçirilməsinə başlanacaq. Nizami, Nəsimi, Yasamal, Səbail rayonlarında mərhələli şəkildə layihə tətbiq ediləcək.

"Yaxın gələcəkdə bu layihə bütün Bakı şəhərini əhatə edəcək. Hələ ki, iki ayın nəticələri qənaətbəxşdir. Bu şirkət başqa ölkələrdə də bu layihəni həyata keçirib. Və Bakıda bu daha effektli olub", - Kərimov vurğulayıb.