HADİSƏ

Bakının bu küçələrində işıqforlar işləmir

Hazırda paytaxtdakı doqquz küçə və prospekt kəsişməsində işıqforlar işləmir, səbəb isə yağışdır
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki işıqforların işində problemlər yaranıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda 9 küçə və prospekt kəsişməsində işıqforlar işləmir.

1. H.Zərdabi küçəsi-A.Abbasov küçəsi

2. Azadlıq prospekti-N.Gəncəvi küçəsi

3. 28 may küçəsi-A.Puşkin küçəsi

4. A.Puşkin-Ə.Xəqani küçəsi

5. Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi

6. Azadlıq prospekti-M.Araz küçəsi

7. M.K.Atatürk prospekti-M.Araz küçəsi

8. Azadlıq prospekti-M.Mirqasımov küçəsi

9. Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi

İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.