BAKI, 3 sentyabr — Sputnik. Birləşmiş Ştatların Alabama ştatının sakini gənclik illərində 50 dollar oğurladığına görə 36 il həbsxanada qalıb. Bu barədə Sputnik Azərbaycan "Daily Mirror"a istinadən xəbər verir.
Qeyd olunur ki, 1979-cu ildə həmin şəxs iki dəfə cinayət törətdiyinə görə üç il şərti olaraq azadlıqdan məhrum edilib.
Lakin 4 il sonra o, çörək zavodunda 50 dollarlıq soyğunçuluq edib. Nəticədə köhnə qanunvericiliyə əsasən, üçüncü cinayətdən sonra ömürlük həbs cəzasına məhkum edilib.
Nəşr yazır ki, 2019-cu ildə bu işə yenidən baxılıb və hakim 58 yaşlı şəxsin azadlığa buraxılması barədə qərar qəbul edib.