HƏRBİ

Türkiyə qonşu ölkədə əməliyyat keçirdi, ölənlər var

Beş PKK terrorçusu zərərsizləşdirilib
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının (MİT) koordinasiyalı işbirliyi çərçivəsində İraqın şimalında terrorçulara qarşı əməliyyat həyata keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

​Məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin aviazərbələri nəticəsində qonşu ölkənin Hakurk bölgəsində 5 PKK-lı terrorçu zərərsizləşdirilib.