BAKI, 2 sentyabr — Sputnik. San-Dieqoda Kaliforniya Universitetinin alimləri süni olaraq yetişdirdikləri beyində ilk dəfə olaraq neyron aktivliyi qeydə alıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Stem Cell-dəki elmi məqalədə deyilir.
Tədqiqatçıların sözlərinə görə, süni beynin sinxron impulsları vaxtından əvvəl doğulan körpələrin elektroensefaloqramı ilə oxşar olub.
Süni beyin yaşlı insanın kök hüceyrələrindən yaradılıb. Alimlər bu hüceyrələri baş beynin qabığının kiçik bir hissəsinə çevirməyə bacarıblar.