BAKI, 2 sentyabr — Sputnik. Qahirədə Rusiyanın Misirdəki səfiri Sergey Kirpiçenko vəfat edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, səfir Qahirə xəstəxanalarından birində, 68 yaşında vəfat edib.
Kirpiçenko Rusiyanın BƏƏ, Liviya və Suriyadakı səfiri olub. 2011-ci ilin sentyabrından isə Rusiyanın Misirdəki səfiri, həmçinin Ərəb Ölkələri Liqasında daimi nümayəndəsi olub.