Gəmidə dəhşət: Onlarla adam yanıb kül oldu

Gəmidə yanğının söndürülməsi üçün hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Kaliforniya sahillərində gəminin yanması nəticəsində 34 nəfər həlak olub. Bu barədə Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir.

Məlumata əsasən gəmi səhər saatlarında Santa Kruz adası yaxınlığında alışmağa başlayıb.

İnsident nəticəsində beş ekipaj üzvü gəmidən qurtulmağı bacarıb.

Gəmidə yanğının söndürülməsi üçün hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.