"Dorian" ABŞ-ı vurdu, mindən çox aviareys təxirə düşdü

Qasırğanın gücü beşinci kateqoriyaya - ən yüksək təhlükə həddinə çatıb. Küləyin sürəti saatda 257 km-ə çatır
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Birləşmiş Ştatlarda "Dorian" qasırğasının yaxınlaşması ilə bağlı 1054 aviareys təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mülki təyyarələrinin uçuş trayektoriyasını izləyən "FlightAware" saytı məlumat yayıb.

Portalın məlumatına görə, aviareyslərin əksəriyyəti Florida ştatında, Fort-Loderdeyl, Orlando və Palm-Beach hava limanlarında təxirə salınıb.

Məlumdur ki, qasırğanın gücü beşinci kateqoriyaya - ən yüksək təhlükə həddinə çatıb. Küləyin sürəti saatda 257 km-ə çatır.