HADİSƏ

Bakıda avtobus qəzası

Qəzaya səbəb magistral yolda avtobusun önünə piyada çıxması olub. Ona görə də avtobus sürücüsü dönmə əməliyyatı etməyə məcbur olub
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Gəncə-Bakı istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

O, bildirib ki, qəzaya səbəb magistral yolda avtobusun önünə piyada çıxması olub. Ona görə də avtobus sürücüsü dönmə əməliyyatı etməyə məcbur olub: "Bu səbəbdən də avtobus yoldan çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində avtobus qəzaya uğrayıb. Bildirilib ki, Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində içərisi sərnişinlə dolu şəhərlərarası avtobus qəzaya uğrayıb.