İQTİSADİYYAT

Süni qiymət artımı ilə necə mübarizə aparılmalıdır - ekspert danışır

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, süni qiyməti formalaşdıracaq vəziyyət varsa, deməli, bazar iqtisadiyyatının şərtləri işləmir, onun fundamental əsasları düzgün qoyulmur
Sputnik

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, süni qiymət artımı ifadəsini qəbul etmir və bazar iqtisadiyyatı olan sistemdə belə yanaşmanın rəsmilər tərəfindən ifadə olunması doğru deyil:

“Süni qiyməti formalaşdıracaq vəziyyət varsa, deməli, bazar iqtisadiyyatının şərtləri işləmir, onun fundamental əsasları düzgün qoyulmur. Azərbaycan bazarında qiymətlərin formalaşmasına müxtəlif təsiredici amillər var. Bunlardan ən əsası istehsalçının öz məhsulunu bazara çıxarmaq imkanlarından məhrum olmasıdır. Məhsulun sonda istehlakçıya çatdırılmasında inhisarçılıq mövcuddur. Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında korporativ metodun tətbiq edilməsi daha məqsədəuyğundur”.

Ekspertin geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz