HADİSƏ

Yaşlı kişinin küçədən tapdığı əşya əlində partladı

Cərrahiyyə şöbəsinə qəbul edilən A.Abbasov əməliyyat olunur
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Salyanda bədbəxt hadisə baş verib.

Toydan gəlib, özünü partlatdı

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1939-cu il təvəllüdlü Abbasov Aləddin Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən anidən partlayıb. Nəticədə sol əlindən ciddi xəsarət alıb.

Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda cərrahiyyə şöbəsinə qəbul edilən A.Abbasov əməliyyat olunur. Faktla bağlı araşdırma aparılır.