MƏDƏNİYYƏT

Qax Dövlət Kukla Teatrının yaradıcısı dünyadan köçdü

Gürcü əsilli rejissor bir çox Azərbaycan ədiblərinin əsərlərini gürcü dilinə  tərcümə edib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Bu gün Qax Dövlət Kukla Teatrının baş rejissoru, respublikanın əməkdar mədəniyyət işçisi İsako Zeynalaşvili dünyasını dəyişib.

Qax Dövlət Kukla Teatrının yaradıcısı dünyadan köçdü

Sputnik Azərbaycan bildirir ki,  1974-cü ildə Tbilisi Teatr texnikumunu bitirmiş İsako Zeynalaşvili Qaxda Kukla Teatrının əsasını qoyub. Kukla teatrında yüzlərlə tamaşanın quruluşçu rejissoru olmuş mərhum sənətkar dəfələrlə quruluş verdiyi tamaşalarla beynəlxalq festivalların iştirakçısı və laureatı olub.

Bütün bunlarla yanaşı, gürcü əsilli rejissor bir çox Azərbaycan ədiblərinin əsərlərini gürcü dilinə  tərcümə edib. O, görkəmli dramaturq Əli Əmirlinin 1993-cü ildə qələmə aldığı məşhur “Bala bəla sözündəndir?” komediyasını “Çağırış vərəqəsi” adı ilə gürcü dilinə tərcümə edərək Qax rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Dövlət Gürcü Teatrında  tamaşaya qoyub. İ. Zeynalaşvili  həmin tamaşanın həm də quruluşçu rejissoru olub.