HADİSƏ

Çağırışa gedən təcili yardım maşını yaralı daşımalı oldu

İlkin olaraq xəstəyə ağır bədən xəsarətləri diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Abşeron rayonunun Sulutəpə qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıda avtobus piyadaları vurdu: birinin vəziyyəti ağırdır

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, 21 yaşlı Elsun adlı şəxsin idarə etdiyi "90-RX-085" dövlət qeydiyyat nişanlı avtomobil qəsəbə ərazisində piyada zolağından keçən 25 yaşlı Elşəni vurub.

Hadisə çağırışa gedən "təcili yardım" maşınının qarşısında baş verib. Yaralı həmin "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.

İlkin olaraq xəstəyə ağır bədən xəsarətləri diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.