Toylarında rəqs etdilər - milyonlar izlədi

Yeni ailə həyatı quran Devon və Nikol Perri toylarını Dominikan Respublikasında yerləşən "Punta Kana" kurort istirahət mərkəzində keçiriblər
Sputnik

BAKI, 31 avqust - Sputnik. Amerikalı sevgililər öz toylarında qonaqlar üçün möhtəşəm rəqs ediblər. Sputnik Azərbaycan xəbər verir ki, onların rəqsi sosial şəbəkədə yayıldıqdan sonra milyonlarla baxış sayı yığıb.

Yeni ailə həyatı quran Devon və Nikol Perri toylarını Dominikan Respublikasında yerləşən "Punta Kana" kurort istirahət mərkəzində keçiriblər. Təbii ki, belə gözəl yerdə toyun keçirilməsi qonaqlar tərəfindən də rəğbətlə qarşılanıb. Gənclərin rəqsi isə gecəyə xüsusi rəng qatıb. Belə ki, onlar rəqs üçün "Maroon 5" qrupunun "Sugar" mahnısını seçiblər. Məlumat üçün bildirək ki, həmin mahnıya çəkilmiş klipdə hadisələr toyda cərəyan edir.

Qeyd edək ki, "Youtube" şəbəkəsinə yerləşdirilən videoya qısa vaxt ərzində 3,9 milyon nəfər baxıb.