HADİSƏ

Daşkəsəndəki olayla bağlı rəsmi məlumat

Həmin vaxtdan o, vəhşi heyvanlara tələ qurmaq məqsədilə heyvanların leşlərini kəndin yaxınlığında asıb
Sputnik

BAKI, 31 avqust — Sputnik. Daşkəsən rayonu Xoşbulaq kəndində at və balasının işgəncə ilə dirəkdən asılması olayına Daşkəsən rayon Prokurorluğu münasibət açıqlayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, məqsəd leş iyinə gələcək canavarları ovlamaq və ovlanacaq canavarların dişləri və dərisini satmaq olmayıb. Həmin məlumat əsasında Daşkəsən rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırma zamanı izahatı alınan Xoşbulaq kənd sakini Rafiq Ədil oğlu Allahyarov bildirib ki, ona məxsus olan heyvanlar bu ilin iyun ayında canavarlar tərəfindən parçalanaraq tələf edilib. Həmin vaxtdan o, vəhşi heyvanlara tələ qurmaq məqsədilə həmin heyvanların leşlərini kəndin yaxınlığında asıb. Lakin ötən müddət ərzində hər hanslı vəhşi heyvanı yaxalaya bilməyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.1-ci maddəsi ilə (qanunsuz ov etmə) cinayət işi başlanılır, istintaq aparılır.