İQTİSADİYYAT

Professor Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin artım yollarından danışdı

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, birgə insvestisiya layihələri reallaşdırılmalı və onlar daha çox real sektora yönəldilməlidir
Sputnik

Türkiyə Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir. Bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Ankara və Bakı ticarət dövriyyəsini beş milyard dollara qədər artırmaq potensialına malikdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbayca-Türkiyə arasında ticarət dövriyyəsinin atırılması üçün böyük potensial var:

“İki ölkə arasında daha çox xammal və yüksək əlavə dəyərə malik olmayan məhsulların ticarəti aparılır. Bu vəziyyətin düzəldilməsi üçün birgə insvestisiya layihələri reallaşdırılmalı və onlar daha çox real sektora yönəldilməlidir. Hazırda Azərbaycan münbit investisiya iqlimi yaradılmaqdadır. Yüksək texnoloji sahələr yerləşdirilmiş investisiyalar qarşlıqlı ticarət dövriyyəsinin artımına səbəb olacaq”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz