HADİSƏ

Yaşlı qadını ilan sancdı

Qadın həyətyanı sahədə fındıq yığan zaman ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Bu gün Şəki rayonun Aşağı Göynük kənd sakini, 1943-cü il təvəllüdlü Laləzar İdrisovanı ilan sancıb. 

Cəbhə kəndinin sakinini ilan sancdı
Yaşlı qadın axşam saatlarında həyətyanı sahədə fındıq yığan zaman ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb.

Qadın  Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən kənd sakininə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Xəstəxanadan Sputnik Azərbaycan-a  verilən məlumata görə, 76 yaşlı qadının vəziyyəti orta-ağırdır.