HADİSƏ

İki mikroavtobusu yandıran şəxs ələ keçdi - FOTO

İ.Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Astara rayonunun Toradi kənd sakini N.Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib.

İki mikroavtobusu yandıran şəxs ələ keçdi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalar nəticəsində  onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu müəyyən edilib.

İki mikroavtobusu yandıran şəxs ələ keçdi - FOTO

İ.Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 3 radələrində özü ilə gətirdiyi bir şüşə benzinlə N.Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış N.Babayevə məxsus, 99 DX 134 dövlət nömrə nişanlı "Ford" markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.