Növbəti "Avroviziya" müsabiqəsinin ev sahibi bəlli oldu

Növbəti "Avroviziya" mahnı müsabiqəsinin finalı mayın 16-da baş tutacaq
Sputnik

BAKI, 30 avqust — Sputnik. Növbəti "Avroviziya" mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçiriləcək.

Kirkorov Azərbaycanın Xalq artistinə "Avroviziya"da prodüserlik etməyə hazırdır
  Sputnik Azərbaycan xəbər verir ki, bu haqda məlumat mahnı müsabiqəsinin rəsmi saytında yerləşdirilib.

Müsabiqəyə ev sahibliyi etmək üçün Maastrixt şəhəri də mübarizə aparıb.

"Avroviziya" mahnı müsabiqəsinin yarımfinalları mayın 12-i və 14-də baş tutacaq, final isə mayın 16-da keçiriləcək.

Bir müddət öncə Amsterdamın bu mahnı müsabiqəsinə ev sahibliyi etməyəcəyinə dair xəbər vermişdik. Səbəb kimi müsabiqənin keçiriləcəyi tarixlərdə şəhərin bütün uyğun arenalarında başqa tədbirlərin təşkil olunacağı göstərilib.

"Avroviziya" bu il İsraildə keçirilib. Müsabiqədə 492 balla Niderland təmsilçisi Dunkan Lourens qalib gəlib.