BAKI, 30 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp Polşaya səfərini ləğv edib.
Sputnik Azərbaycan "CNN" telekanalına istinadən xəbər verir ki, o, buna səbəb kimi "Dorian" qasırğasının ABŞ-ın qərb sahillərinə yaxınlaşmasını göstərib.
Trampın Polşa səfərinin bu həftəsonu baş tutacağı planlaşdırılırdı. Səfər zamanı onun İkinci Dünya müharibəsinin başlamasının 80-cı ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilirdi.
"Federal hökumətin bütün resurslarının yaxınlaşan qasırğa üzərində cəmləndiyinə əmin olmaq üçün mən bu həftəsonu əvəzimə vitse-prezidentimiz Mayk Pensi Polşaya göndərmək qərarına gəldim", - Tramp jurnalistlərə deyib.
Qeyd edək ki, bir müddət öncə Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Amerika liderinin Polşada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcəyini bildirib.