SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sabah deputatların tətil müddəti başa çatır

Sentyabrın 15-dən etibarən Milli Məclisin komitələri fəaliyyətə başlayacaq
Sputnik

BAKI, 29 avqust — Sputnik. Avqustun 30-da deputatların tətil müddəti başa çatır.

Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 15-dən etibarən Milli Məclisin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclis iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.