CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt polisi böyük reyd keçirib

Əməliyyat və profilaktiki tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb
Sputnik

BAKI, 29 avqust — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanlar jurnalistlərin iştirakı ilə dünən axşam saatlarında ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Paytaxtda reyd: "Avtoş"lar, sərxoş sürücülər saxlanıldı

Xəbərdə bildirilir ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərdə KİV iştirak edib. Reyd zamanı küçə ticarəti, avaraçılıq və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılıb. Əməliyyat və profilaktiki tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb. Küçə ticarəti ilə məşğul olduqlarına görə 216 nəfərə xəbərdarlıq edilib. Avaraçılıq və dilənçiliklə məşğul olduqlarına görə 52 nəfər saxlanılıb. Eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər sosial-neqativ hallar aşkar olunub.