BAKI, 29 avqust — Sputnik. ATV kanalının aparıcısı Kəmalə Piriyeva boksla məşğul olmağa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, o, idman zalından olan görüntülərini şəxsi "Instagram" profilində paylaşıb. Videodan göründüyü kimi Kəmalə Piriyeva məşq zamanı hətta əlindən də zədə alır.
Tanınmış aparıcı paylaşdığı videoya bu sözləri əlavə edib: "Boksda ilk gün və ilk kiçik zədəni alıb çıxdım, amma içimdə bir qığılcım var, alınacaq".
Qeyd edək ki, Kəmalə Piriyeva 2007-ci ildə ATV kanalında "Yeni ulduz 7" yarışmasında aparıcı kimi fəaliyyətə başlayıb. Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu" , "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala" kimi verilişlərdə aparıcılıq edib. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olub. İlk dəfə ATV-də yayımlanan "Sirr" serialında rol alan Piriyeva daha sonra "Sonuncu fəsil", "Miras", "Palata 106", "Vicdan haqqı", "Ər və arvad" seriallarında yadda qalan obrazlar yaradıb.