MƏDƏNİYYƏT

Emin Almaniyanın fəthinə çıxır

Müğənni sentyabrın 12-si Berlin, 13-ü Hamburq, 14-ü isə Düsseldorfda onu sevənlərlə görüşə gələcək
Sputnik

BAKI, 29 avqust — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov növbəti konsert proqramına hazırlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, tanınmış müğənni bu barədə şəxsi "Instagram" profilində paylaşım edib. O, "Dostlar, Almaniyada tezliklə görüşənədək. Biletlər satışda. Əldə etməyə tələsin" sözlərini paylaşımına əlavə edərək dinləyicilərinə müraciət edib.

Emin Ağalarov Almaniyada 3 gün ardıcıl konsert verəcək. Belə ki, ulduz müğənni sentyabrın 12-si Berlin, 13-ü Hamburq, 14-ü isə Düsseldorfda onu sevənlərlə görüşəcək.

Qeyd edək ki, baş tutacaq Almaniyadakı konsertə biletlərin qiyməti 35 və 149 avro arasında dəyişir.