Mətbuat mərkəzi

Azərbaycan bloqosferasının bu günü və gələcəyi müzakirə ediləcək

Dünya üzrə təxminən 75 milyon bloq arasında azərbaycanlı blogerlərə məxsus olan səhifələr də var
Sputnik

Avqustun 31-də Bloq Günü (Blog Day) qeyd olunur. Bu tarixi Bloq Günü kimi qeyd etmək ideyası 2005-ci ildə "LiveJournal" bloq platformasının istifadəçilərinin "blog" sözünün 3108 rəqəmlərinə oxşadığına diqqəti çəkmələrindən sonra ortaya çıxıb. Buna görə də 31.08 tarixi Bloq Günü kimi seçilib.

2007-ci ildən etibarən Bloq Günü ilə əlaqədar olaraq Ən Yaxşı Bloq (Best of Blogs) müsabiqəsi də keçirilir. Bu müsabiqədə 10 dildə (ingilis, ərəb, ispan, çin, alman, holland, fars, portuqal, fransız və rus) dərc olunan bloqlar iştirak edir.

Hazırda dünya üzrə təxminən 75 milyon bloq fəaliyyət göstərir. Onların sırasında azərbaycanlı blogerlərə də məxsus olan onlarla bloq da var.

Bloq Günü ilə əlaqədar olaraq avqustun 30-da saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində məşhur azərbaycanlı blogerlər "Ninja Parents", Aysel Muradova və Bəxtiyar Məmmədovla görüş keçiriləcək. Görüş zamanı Azərbaycanın müasir informasiya məkanında bloqların tutduğu yer və bu sahənin inkişaf perspektivləri müzakirə olunacaq.

Əlaqə

Telefon: 404-13-84/85

Adres: Mətbuat prospekti, 529-cu kvartal, bina 23 M, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi