CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsuda da yanğın başladı, FHN səfərbər oldu

Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb
Sputnik

BAKI, 29 avqust — Sputnik. Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Rayon Icra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.

Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.