BAKI, 29 avqust — Sputnik. Rusiya Türkiyəyə beşinci nəsil qırıcı TF-X (Turkish Fighter X) yaratmaq üçün öz köməyini təklif edib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev deyib.
Şuqayev qeyd edib ki, Rusiya Türkiyəyə mühərriklər və radioelektron mübarizə vasitələri tədarük edə bilər.
Ərdoğan beşinci nəsil Su-57 təyyarəsinə baxış keçirib. O, Su-57 qırıcısının rəsmən təqdim edildiyi ilk xarici ölkə başçısı olub. Ərdoğan iki sual verib - bu təyyarə uça bilirmi və onu almaq olarmı. Hər iki suala Putin müsbət cavab verib.
Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi TF-X 2013-cü ildə təqdim olunub. Onun ilk uçuşu isə 2023-cü ilə planlaşdırılıb. TF-X hava qüvvələrinin sərəncamında olan F-16 təyyarələrini əvəz etməlidir. Proqramın dəyəri 10 milyard dollar təşkil edə bilər.