“MAKS-2019” sərgisi ilə tanış olduqdan sonra Rusiya prezidenti öz türkiyəli həmkarına dondurma alıb. Satıcı şokolad və vanilli dondurma arasında seçim təklif edib, Putin isə hər ikisinin dadına baxmaq qərarına gəlib.
Ərdoğanı isə hesabın kimin öhdəsinə düşəcəyi maraqlandırıb. Rusiya lideri bütün hesabı özü ödəyib. Pulun qalığını isə Sənaye və Ticarət naziri Denis Manturova "aviasiyanın inkişafı naminə" verib.