CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşə məktəblərinə sənəd verənlərin nəzərinə

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək
Sputnik

BAKI, 28 avqust — Sputnik. Peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayıb. 

Azərbaycanda peşə məktəbləri ilə bağlı vacib qərar verildi
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək. 

İkinci turla bağlı sənəd qəbulunun "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.