CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İbtidai sinif müəllimləri ixtisasartırmaya cəlb olunacaqlar

Təlimlər hər qrup üzrə 6 gün davam edəcək
Sputnik

BAKI, 28 avqust — Sputnik. Paytaxt müəllimləri üçün "İnklüziv sinifdə təlimin təşkili" mövzusunda ixtisasartırma təlimləri keçirilir.

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlandı

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Xəbərdə bildirilir ki, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır. İxtisasartırma təlimlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 700-dən çox ibtidai sinif müəlliminin cəlb olunması nəzərdə tutulur.

Təlimlər hər qrup üzrə 6 gün davam edəcək. Təlimi uğurla tamamlamış müəllimlər yekun qiymətləndirmədə iştirak edərək sertifikatla təltif olunacaqlar. Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd inklüziv təhsil sahəsində müəllimlərin əlavə təhsilinin təşkili barədə Təhsil nazirinin əmrinin icrasını təmin etməkdən ibarətdir. İxtisasartırma təlimləri BMT-nin Uşaq Fondu tərəfindən icra edilən "Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi" və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən "Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi" layihələrinin tərkib hissəsidir.