BAKI, 28 avqust — Sputnik. Gəncə şəhərində baba yük maşını ilə nəvəsini vuraraq öldürüb.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
Belə ki, Qasımov Ərəstun yük maşınını işə salan zaman ehtiyatsızlıqdan nəvəsi, 2016-cı il təvəllüdlü Ərəstun Nizami oğlu Qasımovu vurub. Ağır bədən xəsarətləri alan uşaq xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.