Bakı sakini Ramil Bayramov taksi sürücüsü olaraq adi sərnişinləri yox, heyvanları daşımaq qərarına gəlib və “Zoo Taksi” yaradıb. Çox qısa bir zamanda müştəri rəğbəti və etibarını qazanan Ramilə heyvan sahibləri öz “kiçik dostlarını” həvalə edə bilirlər.
“Hərdən sahiblər heyvanlarını mənə verirlər, özləri isə işləri ilə məşğul olurlar. Mən həmişə heyvanları sevmişəm, ona görə bu mənim üçün sıxıcı deyil”, - deyərək Ramil bölüşüb.
Onu da qeyd edək ki, hər daşımadan sonra avtomobilin salonu dezinfeksiya edilir.