CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə zəlzələ oldu

Yeraltı təkanlar yerli vaxtla saat 02:18-də qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib
Sputnik

BAKI, 27 avqust — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Zəlzələnin maqnitudası 3,6 bala çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:18-də qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.