HADİSƏ

Şəkidə toyda kütləvi zəhərlənmə - İyirmi adam həkimə düşdü

Xəstələrə tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar
Sputnik

BAKI, 27 avqust — Sputnik. Şəkidə toyda zəhərlənmə hadisəsi baş verib.

Bu toy yaddaşlara yazılacaq: şadlıq sarayı yanır - VİDEO, FOTO

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki MRX-ya müraciət ediblər. Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.

Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.