HADİSƏ

Onu görənlərdən xahiş olunur ki..

Qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur
Sputnik

BAKI, 27 avgust — Sputnik. Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onu görənlərdən xahiş olunur ki..

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm, yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.