Ərdoğan Rusiyaya getdi

İki liderin görüşündə Suriya, regional və ikitərəfli münasibətlər gündəmdə olacaq
Sputnik

BAKI, 27 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gedib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə bir araya gələcək.

İki liderin görüşündə Suriya, regional və ikitərəfli münasibətlər gündəmdə olacaq. Ərdoğan həmçinin "MASK-2019" Beynəlxalq Aviasiya və Kosmos Sərgisinin açılışında da iştirak edəcək.