HADİSƏ

Şəmkirdə "KamAZ" minik maşınının üstünə aşdı

Qəza nəticəsində xəsarət alanların olduğu deyilir
Sputnik

BAKI, 26 avqust — Sputnik. Şəmkirdə ağır yol qəzası baş verib.

Dağıstana gedən bakılılar qəzaya düşdülər

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, avtoqəza rayonun Könüllü kəndində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Toqquşmadan sonra yük maşını minik avtomobilinin üstünə aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu deyilir. Hadisənin təfərrüatları araşdırılır.