CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qayda pozan avtobus sürücüləri agentliyə çağırıldılar - VİDEO

Analoji halın təkrarlanmaması üçün daşıyıcıdan sürücülər barəsində tədbir görülməsi tələb edilib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) Binəqədi rayonu ərazisində qaydaları kobud şəkildə pozan avtobus sürücüləri barəsində Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, hər zaman olduğu kimi, agentlik sərnişinlərin rahatlığı və təhlükəsizliyini vacib hesab edir: "Ötən dövrdə bu istiqamətdə mühüm işlər görülüb. Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi baxımından qarşıya çıxan hər bir məsələ ciddi şəkildə araşdırılır və tədbir görülür. Eyni zamanda səhər saatlarında mətbuatda yayılan bu video ilə bağlı da araşdırma aparılıb. Əraziyə də baxış keçirilib. Sürücü və daşıyıcı şikətin məsul şəxsləri agentliyə çağırılıblar. Analoji halın təkrarlanmaması üçün daşıyıcıdan sürücülər barəsində tədbir görülməsi tələb edilib".

Qeyd edək ki, 99 NU 969 dövlət nömrə nişanlı və 90 OH 867 dövlət nömrə nişanlı avtobusların sürücüləri əks istiqamətə çıxaraq hərəkət ediblər.