HADİSƏ

Dağıstana gedən bakılılar qəzaya düşdülər

"Ford-Transit" markalı, 90-BV-462 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı gölməçəyə aşıb
Sputnik

BAKI, 26 avqust — Sputnik. Qusar rayonunda yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Bakı-Quba-Dağıstan-Rusiya Federasiyası yolunun Qusar rayonundan keçən hissəsində qeydə alınıb.

Bakıda avtobus piyadaları vurdu: birinin vəziyyəti ağırdır

Cəlilabad rayon sakini Xaləddin Murtuz oğlu Rzayevin idarə etdiyi "Ford-Transit" markalı, 90-BV-462 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı gölməçəyə aşıb. Nəticədə üç nəfər - Sevil Tofiq qızı Mirzəyeva, Sənan Adil oğlu Nəsirov və Faiq Muxtar oğlu Məsumov - müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və onlara lazımi tibbi yardım göstərilib. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Mikroavtobus Dağıstan Respublikasının Mahaçqala şəhərinə gedirmiş, içərisindəkilərin də Bakı şəhər sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.