HADİSƏ

Jurnalisti döyən taksi sürücüsü saxlanıldı

Sürücünün iddiasına görə, Atçılıq yolunda baş verən insidentə nalayiq sözlərlə təhqir edilməsi səbəb olub
Sputnik

BAKI, 26 avqust — Sputnik. Jurnalist Zülfüqar Xeyirxəbərə təzyiq göstərməklə bədən xəsarəti yetirən, taksi kimi fəaliyyət göstərən 99-AD-149 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Seymur Mustafazadə Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq, saxlanılıb.

Polis sizi saxlayanda diksinməyin: bunu sizə görə edirlər

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hadisənin təfərrüatları ilə bağlı təhqiqat araşdırmaları başlayıb, bədən xəsarəti ilə bağlı ekspertiza təyin olunub, tərəflərin izahatı alınıb.

Faktla bağlı aparılan araşdırmalar zamanı sürücü tanımadığı şəxslə aralarında yaranan mübahisə ilə bağlı bildirib ki, Binə qəsəbəsi, Atçılıq yolunda baş verən insidentə onun nalayiq sözlərlə təhqir edilməsi səbəb olub, o da bundan əsəbləşərək qarşı tərəfə əl zərbəsi ilə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir, toplanan materiallar əsasında ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək.