CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis sizi saxlayanda diksinməyin: bunu sizə görə edirlər

Stasionar postlarda sürücü və sərnişinlər üçün xüsusi şərait yaradılıb
Sputnik

BAKI, 26 avqust — Sputnik. Havaların isti keçməsi ilə əlaqədar olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Səngərsiz əsgərlərimizin döyüş hazırlığını sınadılar

Qeyd edilib ki, şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarəti gücləndirib. Bu məqsədlə postlarda DYP rəhbərliyinin göstərişi ilə yaradılan şəraitdən sürücü və sərnişinlərin istifadəsinə imkan yaradılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının şəxsi heyəti günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan və xüsusən də mikroavtobus və avtobus idarə edən sürücüləri DYP postlarında saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırlar. Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, otaqlarda qısamüddətli istirahət edirlər. Eyni zamanda sürücülərlə yanaşı, sərnişinlərə də sərin su və kölgədə dincəlmək təklif olunur. DYP digər sürücülərə də tövsiyə edir ki, stasionar postlarda yaradılan bu şəraitdən istifadə etsinlər, uzaq səfərlərə çıxarkən hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirsinlər. Bu onların və daşıdıqları sərnişinlərin həyat və sağlamlığı üçün çox vacibdir.