CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doqquz yüz insan Azərbaycanda təbii fəlakətlə mübarizə aparır - VİDEO, FOTO

Yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir
Sputnik

BAKI, 26 avqust — Sputnik. Son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki müdafiə qoşunlarının və regional mərkəzlərin müvafiq canlı qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Doqquz yüz insan Azərbaycanda təbii fəlakətlə mübarizə aparır - VİDEO, FOTO

Məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Lerik, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb, Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir. Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900 nəfərdən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 4 ədəd helekopteri və 1 ədəd “BE 200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edib.