"S-400" komplekslərinin Türkiyəyə növbəti tədarük vaxtı açıqlandı

Rusiya və Türkiyə arasında bu sistemlərin tədarükünə dair saziş 2017-ci ildə imzalanıb
Sputnik

BAKI, 26 avqust — Sputnik. Türkiyənin Müdafiə naziri Hulusi Akar "S-400 Triumf" zenit-raket komplekslərinin tədarükünün davam edəcəyini bəyan edib.

"S-400"lər NATO üçün təhdid deyil – Çavuşoğlu

Sputnik AzərbaycanAnadolu Agentliyinə istinadən xəbər verir ki, Akar "S-400" sistemlərinin ikinci batareyasının tədarükünün və daşınmasının sabahdan başlayacağını deyib.

Rusiya və Türkiyə arasında "S-400" sistemlərinin tədarükünə dair saziş 2017-ci ildə imzalanıb. Rusiya bu sistemlərin dörd divizionunu Türkiyəyə göndərəcək.

Qeyd edək ki, bu sistemlərə dair saziş Türkiyə və ABŞ arasında qalmaqala səbəb olub. Belə ki, Vaşinqton Ankaradan Rusiya istehsalı olan "S-400" komplekslərinin əvəzinə "Patriot" sistemlərini almağı tələb edib, əks halda isə Türkiyəni "F-35" layihəsindən çıxaracağı ilə hədələyib.

Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən sözügedən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.