RUSİYA

Döyüş qumbarası iki nəfərin həyatına son qoydu

Ölənlərin arasında uşaqlar yoxdur
Sputnik

BAKI, 26 avqust — Sputnik. Rusiyanın Naxodka şəhərində yerləşən dördmərtəbəli binada döyüş qumbarası partlayıb.

Qazaxda xeyli silah-sursat tapıldı

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, nəticədə iki nəfər həlak olub.

"Avqustun 26-da saat 17:30-da (Bakı vaxtı ilə saat 13:30-da – red.) Naxodka şəhəri Zavodskaya 16 ünvanında yerləşən çoxmənzilli dördmərtəbəli binanın birinci mərtəbəsində partlayış baş verib. Döyüş qumbarasının partladığı güman edilir. Fövqəladə Hallar Xidməti hadisə yerinə gəlib. İlkin məlumata görə, iki nəfər həlak olub, iki nəfər yaralanıb (onların arasında uşaqlar yoxdur), binada dağıntı baş verməyib", - yerli icra hakimiyyətinin rəsmisi RİA Novosti-yə bildirib.