Türkiyədən acı xəbər gəldi – Şəhidlər var

“Pəncə-3” antiterror əməliyyatı zamanı 3 əsgər şəhid olub, atışma zamanı 7 hərbçi də yaralanıb.
Sputnik

BAKI, 26 avqust — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-3” antiterror əməliyyatı zamanı 3 əsgər şəhid olub.
Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PKK terrorçuları ilə atışma zamanı 7 hərbçi də yaralanıb.

Qeyd edək ki, Türkiyə hərbi təyyarələri hava əməliyyatı zamanı 9 PKK terrorçusunu və terror təşkilatının mövqelərini məhv edib.
Bölgədə antiterror əməliyyatı davam edir.