Bunu da gördük: Təyyarə səmada helikopterlə toqquşdu, ölənlər var

Helikopterlə kiçik ölçülü təyyarə havada ikən toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində ən az beş nəfər ölüb. Daha bir neçə nəfər isə yaralanıb.
Sputnik

BAKI, 26 avqust — Sputnik. İspaniyada təyyarə qəzası baş verib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə Malyorka şəhərində baş verib.

​Helikopterlə kiçik ölçülü təyyarə havada ikən toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində ən az beş nəfər ölüb. Daha bir neçə nəfər isə yaralanıb.

Qəza İnka bölgəsinin səmalarında olub.