HADİSƏ

İyirmi adam şadlıq evinin qarşısını savaş meydanına çevirdi

Əraziyə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub
Sputnik

BAKI, 25 avqust — Sputnik. Sumqayıt şəhərində kütləvi dava baş verib.

Bu toy yaddaşlara yazılacaq: şadlıq sarayı yanır - VİDEO, FOTO

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, hadisə "Bəyaz Saray" şadlıq evinin qarşısında qeydə alınıb.

İyirmi nəfərə yaxın iki qrup arasında mübahisə zəminində dava düşüb. Əraziyə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Kütləvi dava zamanı ağır xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.