Rusiya “Kukuruznik”ləri arxivə göndərir tarixə qovuşur

Yeni təyyarədə 9-14 nəfərin uça biləcəyi qeyd edilir. Ümumilikdə işlərə 1,2 milyard rubl xərclənəcəyi planlaşdırılır. Nümunə aparatı 2020-ci ilin dekabrına kimi hazırlanacaq.
Sputnik

BAKI, 25 avqust — Sputnik. Rusiyada “An-2” “dərmansəpən”i əvəz etmək üçün yeni regional təyyarə yaradılacaq.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yeni təyyarədə 9-14 nəfərin uça biləcəyi qeyd edilir. Ümumilikdə işlərə 1,2 milyard rubl xərclənəcəyi planlaşdırılır. Nümunə aparatı 2020-ci ilin dekabrına kimi hazırlanacaq.

Bildirilir ki, əvvəlcə bu model təyyarənin istehsalına 2021-ci ildə başlanılması planlaşdırılan “Baykal” turbulent təyyarəsi ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Qurumdan bildirilib ki, sentyabrda “Baykal”ın taleyi, həmçinin yeni təyyarənin yaradılmasında onun hansı texnoloji xüsusiyyətlərindən istifadə olunacağı barədə qərar qəbul ediləcək.