HADİSƏ

Qubadakı yanğın nəzarət altına alınıb

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.
Sputnik

BAKI, 25 avqust — Sputnik. Quba rayonu, Çiçi kəndi yaxınlığında dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb.

Qəbələdəki yanğın Oğuza yaxınlaşır

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, təxminən 15 hektar ərazini əhatə edən ərazidə quru ot və kol-kos yanıb.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazidə digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.